ABŞ İsrail-Qəzza sərhədində hərbi baza tikməyi planlaşdırır

ABŞ İsrail-Qəzza sərhədində hərbi  baza tikməyi planlaşdırır
11.11.2025 13:15 Dünya

ABŞ-nin İsrail–Qəzza sərhədi yaxınlığında hərbi baza tikməyi planlaşdırdığı bildirilir.

TodayPress TV xəbər verir ki, “Ynetnews”un verdiyi məlumata görə, layihənin dəyəri təxminən 500 milyon dollar olacaq.

Bazaya bir neçə min ABŞ hərbçisinin yerləşdiriləcəyi və onların İsrail ilə HƏMAS arasında mümkün atəşkəs rejiminə nəzarət missiyasını yerinə yetirəcəyi qeyd olunur.

Qeyd olunur ki, əgər layihə reallaşsa, bu, İsrail ərazisində ABŞ-nin ilk genişmiqyaslı hərbi mövcudluğu olacaq.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər