ABŞ gəmisi Karib dənizinə daxil oldu
Dünya
17.11.2025 07:20
ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ zərbə qrupu Karib dənizinə daxil olub.
TodayPress TV xəbər verir ki, hərbi Dəniz Qüvvələri bildirir ki, bu yerləşdirmə ABŞ-nin Qərb yarımkürəsində və ABŞ ərazisində təhlükəsizliyi qorumaq niyyətini gücləndirir.
Dünyanın ən iri təyyarədaşıyan gəmilərindən biri olan "USS Gerald R. Ford"un 4000 nəfərlik heyəti və çoxsaylı taktiki təyyarələri var. Gəmi Karib dənizində artıq mövcud olan ABŞ qüvvələrinə qoşulacaq.
Bundan əvvəl, noyabrın 14-nə keçən gecə Pentaqonun nümayəndəsi Pit Heqset bildirib ki, ABŞ Qərb yarımkürəsində narkotik kartellərinə qarşı yeni əməliyyata başlayıb. Onun sözlərinə görə, bu missiya ölkəni qorumaq və “insanların həyatına təhlükə yaradan narko-terrorçuları zərərsizləşdirmək” məqsədi daşıyır.
Türkan İsgəndərli
tag: ABŞ,Gəmi,Karib,Dəniz,Todaypress.tv,
