ABŞ əsgərlərini geri çağırır

Dünya

17.11.2025 08:57

Pentaqon Çikaqo və Portlenddəki yüzlərlə Milli Qvardiya əsgərini geri çağırır

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Belə ki, Pentaqon noyabrın 16-dan etibarən Çikaqo və Portlenddə əvvəlcədən yerləşdirilmiş yüzlərlə Milli Qvardiya əsgərini geri çağırmağa başlayıb.

Məlumata görə, Kaliforniya Milli Qvardiyasının təxminən 200 üzvü və Çikaqoda dislokasiya olunmuş Texas Milli Qvardiyasının 200 əməkdaşı Portlenddən çıxarılacaq və onlar öz ştatlarına qayıdacaqlar.

Mənbələr qeyd edir ki, bu qərar qarşıdan gələn tətillər və federal məhkəmənin Milli Qvardiyanın əməliyyat yerləşdirməsini dayandıran qərarları fonunda verilib.

Bununla belə, İllinoys ştatının 300-ə yaxın Milli Qvardiya əsgəri Çikaqo ərazisində xidmətini davam etdirəcək. Oreqon ştatından olan 200 hərbçi də Portlenddə qalacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Əsgər,Qvardiya,Pentaqon,Todaypress.tv,