ABŞ Ərəbistana "F-35" qırıcıları satacaq

Dünya

18.11.2025 09:33

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi "F-35" qırıcılarının Səudiyyə Ərəbistanına satışını təsdiqləməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Tramp satış qərarını Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanla görüşündən bir gün əvvəl açıqlayıb.

“Biz bunu edəcəyik. Biz "F-35"ləri satacağıq”, - deyə Tramp jurnalistlərlə söhbətində bildirib. 

Agentliyin yazdığına görə, Səudiyyə Ərəbistanı ABŞ-dən 48 ədəd "F-35" almaq istəyir və bu alış ölkənin hava qüvvələrinin modernləşdirilməsi üçün mühüm mərhələ sayılır.

Reuters həmçinin xatırladır ki, ABŞ-nin sabiq Prezidenti Cozef Baydenin administrasiyası da "F-35"lərin Səudiyyə Ərəbistanına verilməsini diplomatik danışıqlar çərçivəsində nəzərdən keçirmiş, lakin bu baş tutmamışdı.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Tramp,F-35,Qırıcı,Todaypress.tv,