ABŞ Ədliyyə Nazirliyi Maduroya qarşı işi genişləndirə bilər

Dünya

27.03.2026 20:50

ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduro işi üzrə fiqurantlar dairəsinin genişləndirilməsi imkanını nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun rəhbəri Pem Bondi "Fox News" telekanalına müsahibəsində bildirib.

"İttiham irəli sürülməyən cinayət ortaqları var. Biz təkcə Nyu-Yorku deyil, digər yurisdiksiyaları da araşdırırıq", - deyə o qeyd edib.

P.Bondinin sözlərinə görə, təfərrüatlar hələlik açıqlanmır.

Hazırda iş üzrə təqsirləndirilən şəxslər, Maduro və həyat yoldaşı Siliya Floresdən başqa, Venesuela liderinin oğlu Qerra Maduro və ölkənin daxili işlər naziri Diosdado Kabelyo da daxil olmaqla daha dörd nəfərdir.

TodayPress TV

tag: ABŞ,Maduro,Ədliyyə ,Pem Bondi ,TodayPress TV,