ABŞ “Dəmir yumruq” təlimləri keçirir

ABŞ “Dəmir yumruq” təlimləri keçirir
06.09.2025 23:30 Dünya

ABŞ 5–17 sentyabr tarixlərində “Dəmir yumruq” adlı hərbi təlimləri Litva, Latviya, Estoniya və Polşa ərazisində keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə "ERR" məlumat yayıb.

Məlumata görə, təlimlər zamanı ABŞ qoşunlarının NATO-nun şərq qanadında hərbi əməliyyatlara hazırlıq və yerləşmə qabiliyyəti yoxlanılacaq.

Təlimlər müddətində Litvaya 18 ABŞ hərbi vertolyotu cəlb olunacaq.

Uçuşların bir hissəsi gecə və minimum 150 metr hündürlükdə həyata keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər