ABŞ-də Venesueladakı hərbi əməliyyatlara qarşı etirazlar keçiriləcək
Yanvarın 3-də ABŞ-nin bir neçə şəhərində Venesueladakı hərbi əməliyyatlara qarşı etiraz aksiyaları keçirilməsi planlaşdırılır.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" mənbələrə istinadən məlumat yayıb.
"Biz küçələrə çıxıb başqa bir sonsuz müharibəyə yox deməliyik! Bu ölkənin xalqı başqa bir müharibə istəmir", - məlumatda bildirilib.
Nümayişlərin Nyu-Yorkun Tayms meydanında, Vaşinqtonda Ağ Evin qarşısında, Çikaqo və digər şəhərlərin mərkəzi meydanlarında keçirilməsi planlaşdırılır.