ABŞ-də müharibə təşvişi: Trampın reytinqi ən aşağı səviyyəyə gerilədi

ABŞ-də müharibə təşvişi: Trampın reytinqi ən aşağı səviyyəyə gerilədi
18.08.2026 13:49 Dünya

Prezident Donald Trampın reytinqi prezidentliyi dövründə ən aşağı səviyyəyə düşüb, amerikalıların böyük əksəriyyəti ABŞ-nin İranla müharibəsinin uzun sürəcəyindən narahatdır.

TodayPress TV xəbər verir ki, bunu "Reuters/Ipsos" sorğusunun nəticələri göstərir.

Sorğuda iştirak edənlərin yalnız 33 faizi Trampın Ağ Evdəki fəaliyyətini bəyəndiyini bildirib, 64 faizi isə onun fəaliyyətini bəyənmədiyini qeyd edib.

Trampın dəstək reytinqi bu ayın əvvəlində başa çatan sorğudakı 35 faiz göstəricidən aşağı düşüb və onun hazırkı prezidentlik müddətindəki bütün göstəricilərdən aşağı olub. Bununla yanaşı, bu nəticə Trampın əvvəlki prezidentliyi dövründə qeydə alınmış ən aşağı göstərici ilə eyni səviyyəyə düşüb.

Qiymət Mahir

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər