ABŞ-də məzun günü faciəyə çevrildi

ABŞ-də məzun günü faciəyə çevrildi
13.07.2025 14:30 Dünya

ABŞ-nin Tennessi ştatında məzun günü zamanı silahlı insident baş verib.

TodayPress TV xəbər verir ki, “New York Post”un məlumatına görə, hadisə Çattanoqa şəhərində yerli vaxtla saat 15:00 radələrində baş verib.

Naməlum şəxs qəfil atəş açıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə şahidi Ceff Herman bildirib ki, insanlar, o cümlədən uşaqlar yerə yıxılırdı və vəziyyət olduqca qorxulu olub.

Hücum edən şəxs hələ saxlanılmayıb, lakin polis onun əhali üçün təhlükə yaratmadığını deyir. Cinayətin motivi isə məlum deyil.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər