ABŞ-də güclü zəlzələ təhlükəsi
ABŞ-nin Kaliforniya, Oreqon və Vaşinqton ştatlarında Rixter şkalası üzrə 9 baldan yuxarı güclü zəlzələ və ardınca sunami baş verə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "NBC News" məluma yayıb.
Alimlər bu zəlzələnin səbəbi kimi Vankuver adasından Kaliforniyanın Mendosino şəhərinə qədər uzanan Kaskadiya subduksiya zonasını göstərirlər. Bu zonanın uzunluğu 885 km-dir və ABŞ-nin qərb sahilində böyük dağıntılara səbəb ola biləcək potensiala malikdir.
Qeyd edək ki, son 100 ildə Yer kürəsində cəmi beş dəfə 9,0 bal və ya daha güclü zəlzələ baş verib. Alimlər eyni gücdə “meqaseysmik” təkanların Kaskadiya zonasında da mümkün olduğunu bildirirlər.
Türkan İsgəndərli