ABŞ-də güclü zəlzələ oldu

ABŞ-də güclü zəlzələ oldu
03.06.2026 20:27 Dünya

ABŞ-nin Oreqon ştatının sahillərində güclü zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Yeraltı təkanların maqnitudası 5,7-yə çatıb, seysmoloqlar bunu dağıntılara səbəb ola biləcək güclü zəlzələ hesab edirlər.

Zəlzələnin episentri ABŞ-nin Sakit okean sahillərində, Pistol çayından təxminən 159 kilometr cənub-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər