ABŞ daha bir gəmini sıradan çıxardı
ABŞ Silahlı Qüvvələri İran limanına doğru hərəkət edən daha bir kommersiya gəmisini sıradan çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Qambiya bayrağı altında üzən "Lian Star" quru yük gəmisi ABŞ hərbçilərinin bir neçə xəbərdarlığına məhəl qoymayıb. Bundan sonra isə hərbçilər gəminin hərəkətini dayandırmaq üçün aviasiyadan istifadə ediblər.
ABŞ Silahlı Qüvvələrinin hərbi qulluqçuları quru yük gəmisinə göyərtədən daxil olmayıblar. Agentliyin məlumatına görə, hazırda gəmi Oman körfəzində hərəkətsiz qalır.
Aysel Mətləb