ABŞ Ankaraya də “əl uzatdı” - Türkiyənin bankı sanksiyaya düşdü
ABŞ İranla bağlı sanksiyalar siyahısına Türkiyənin “Golden Global” bankını və onun törəmə strukturlarını daxil edib.
TodayPress TV xəbər verir ki, müvafiq bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında yerləşdirilib.
Sanksiyalar maliyyə təşkilatının özü ilə yanaşı, Türkiyədə yerləşən iki strukturuna da tətbiq edilib.
Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyi amerikalı şəxslərə sentyabrın 19-dək “Golden Global”ın iştirakı ilə maliyyə əməliyyatlarının dayandırılması üçün zəruri olan tranzaksiyaları həyata keçirməyə icazə verən ümumi lisenziya verib.
Aysel Mətləb