ABŞ 47 illik qərarını dəyişir

ABŞ 47 illik qərarını dəyişir
09.07.2026 19:10 Dünya

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarmaq niyyəti barədə Konqresi məlumatlandırıb.

TodayPress TV xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, bu addım bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına, beynəlxalq ticarət və investisiyaların cəlb edilməsinə, eləcə də Suriyanın bərpa prosesinin sürətlənməsinə imkan yaradacaq.

Suriya 1979-cu ildən ABŞ-nin terrorizmi dəstəkləyən dövlətlər siyahısındadır. Qərar Konqresdə nəzərdə tutulan məcburi baxış müddəti başa çatdıqdan sonra qüvvəyə minəcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər