800 fransız hərbçi İrəvana yeridildi - Rusiyanın müdaxiləsini gözləyirlər

800 fransız hərbçi İrəvana yeridildi - Rusiyanın müdaxiləsini gözləyirlər
29.05.2026 18:44 Dünya

Ermənistanda 7 iyun seçkiləri yaxınlaşdıqca regional gərginlik və informasiya savaşı daha da güclənir.

TodayPress TV xəbər verir ki, son günlər sosial şəbəkələrdə və bəzi media resurslarında İrəvana 800 nəfərlik xarici hərbi kontingentin göndərildiyi ilə bağlı iddialar yayılıb.

Məlumatlarda həmin qüvvələrin Fransadan gəldiyi irəli sürülür.

İddialara görə, bu hərbçilərin məqsədi seçki günü mümkün daxili qarışıqlıqlar zamanı Baş nazir Nikol Paşinyanın təhlükəsizliyini təmin etmək və ya onun seçkiləri uduzacağı halda ölkədən çıxarılmasına dəstək verməkdir.

Lakin yayılan məlumatların rəsmi təsdiqi yoxdur.

Müşahidəçilər hesab edir ki, bu cür xəbərlər daha çox seçki öncəsi cəmiyyətdə qorxu və gərginlik yaratmağa hesablanmış informasiya təxribatı xarakteri daşıyır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər