740-dan çox Çin vətəndaşı İrandan Azərbaycana təxliyə olundu

740-dan çox Çin vətəndaşı İrandan Azərbaycana təxliyə olundu
21.06.2025 13:49 Dünya

Çinin Azərbaycandakı səfirliyi bildirib ki, İranda yaşayan 740-dan çox Çin vətəndaşı Astara sərhəd keçid məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə "Global Times" məlumat yayıb.

Qeyd edək ki, səfirlik artıq bu həftənin əvvəllərində rəsmi olaraq Çindən olan vətəndaşlara İran ərazisindən Azərbaycana keçmək və buradan Çinə dönmək üçün lazımi yardımların göstərilməsinə başladığını elan etmişdi. Təkcə həmin gün 100-dən çox Çin vətəndaşı İranla Azərbaycan arasında yerləşən Astara sərhəd-keçid məntəqəsindən keçərək ölkəyə daxil olub.

Səfirliyin məlumatına görə, Azərbaycandakı Çin icmasının dəstəyi ilə təxliyə olunan şəxslər xüsusi çarter avtobuslarla paytaxt Bakıya daşınıb və onlar ya otellərdə yerləşdirilib, ya da dərhal geri dönmək üçün uçuş biletləri alıblar.

Çin səfirliyi əlavə edib ki, Astara sərhəd keçid məntəqəsinə Çin vətəndaşlarının axını davam edir və sərhəddə yerləşdirilmiş səfirlik heyəti onlara hər cür lazımi yardım göstərməkdə davam edəcək.

Töhfə Səməd

XƏBƏR LENTİ
03 IYUN 2026
Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Bütün Xəbərlər