2029-da getmək niyyəti yoxdur: "Konstitusiyanı dəyişsələr, şad olaram!"
ABŞ Prezidenti Donald Tramp qanunvericilik dəyişdirilərək onun yenidən prezident seçkilərində iştirakına icazə verilsə, üçüncü müddətə namizədliyini irəli sürməkdən məmnun qalacağını bildirib.
TodayPress TV "Roll Call"a istinadən xəbər verir ki, Tramp bunu Cənubi Karolina ştatının Mirtl-Biç şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“Bizim namizədliyini irəli sürməyə icazə verilmədiyini deyən qaydalarımız və qanunlarımız var. Əgər onlar bunu dəyişmək istəsələr, mən çox məmnun olaram”, – deyə Tramp bildirib.
ABŞ-ın qüvvədə olan Konstitusiyasına əsasən, prezident iki müddətdən artıq vəzifədə qala bilməz. 1951-ci ildə qəbul edilmiş Konstitusiyanın 22-ci düzəlişi bu məhdudiyyəti müəyyən edir.
Mövcud qanunvericiliyə əsasən, Trampın ikinci prezidentlik müddəti 2029-cu ilin yanvarında başa çatmalıdır. Bununla belə, ABŞ prezidenti üçüncü müddətə namizəd olmaq hüququnu əldə etməyə cəhd göstərə biləcəyini dəfələrlə istisna etməyib.
Tramp 2024-cü ilin noyabrında Demokratlar Partiyasının namizədi Kamala Harrisi məğlub edərək yenidən ABŞ prezidenti olub. O, ilk prezidentlik müddətini 2017-2021-ci illərdə tutub.
Qiymət Mahir