2-3 həftə suyun altından çıxmayacaq: Hindistan 6 yeni sualtı qayıq alır
Hindistan və Almaniyanın təxminən 9 milyard dollar dəyərində müqavilə imzalamağa yaxın olduğu bildirilir.
TodayPress TV xəbər verir ki, razılaşmaya əsasən, Almaniya istehsalı olan 6 ədəd Type 214 sualtı qayığının Hindistana tədarükü nəzərdə tutulur.
Bu, Hindistanın tarixində ən böyük adi sualtı qayıq proqramı olacaq.
Sualtı qayıqların Mumbaydakı Mazagon Dock gəmiqayırma zavodunda, geniş texnologiya transferi ilə inşa edilməsi planlaşdırılır. Layihədə yerli istehsal payının 45-60 faiz olması gözlənilir.
AIP – havadan asılı olmayan enerji sistemi sayəsində sualtı qayıqların 2-3 həftə ərzində suyun səthinə çıxmadan fəaliyyət göstərə bilməsi mümkündür.
Kübra Musayeva