1944-cü ilin əfsanəvi desant məkanı artıq UNESCO irsidir
Normandiyada müttəfiqlərin 1944-cü il desant əməliyyatı məkanı UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
TodayPress TV xəbər verir ki, İkinci Dünya müharibəsi zamanı 1944-cü ildə müttəfiq qüvvələrin Normandiyaya desant çıxardığı tarixi ərazi UNESCO-nun Dünya İrs Siyahısına salınıb.
Qərar sözügedən məkanın bəşəriyyət üçün tarixi və mədəni əhəmiyyətinin qorunması məqsədilə qəbul edilib. Normandiya desantı İkinci Dünya müharibəsinin gedişatını dəyişən ən mühüm hərbi əməliyyatlardan biri hesab olunur.