İsrail ordusundan HƏMAS-a ağır ZƏRBƏ - Dörd komandir öldürüldü

İsrail ordusundan HƏMAS-a ağır ZƏRBƏ - Dörd komandir öldürüldü
16.11.2026 23:39 Dünya

İsrail Qəzza zolağının müxtəlif rayonlarına endirilən zərbələr nəticəsində HƏMAS-ın hərbi qanadına daxil olan bölmələrin dörd komandirinin məhv edildiyini bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail ordusu bəyanat yayıb.

“Cəbəliyə rayonunda İsrail Müdafiə Qüvvələri HƏMAS-ın hərbi qanadının “Qərbi Cəbəliyə” batalyonunun tağım komandiri Müəmmən Razek Şanqdalinin məhv edilməsi ilə nəticələnən zərbə endirib. Digər əməliyyatlar zamanı Müdafiə Qüvvələri oktyabrın 7-də baş verən qırğın vaxtı İsrail ərazisinə daxil olmuş tağım komandiri Hüssam Salehi, eləcə də iki dəstənin komandirini məhv edib”, – deyə qeyd olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
17 NOYABR 2026
Bütün Xəbərlər