Netanyahu Avropaya səsləndi: “Növbəti hədəf sizsiniz!”

Netanyahu Avropaya səsləndi: “Növbəti hədəf sizsiniz!”
17.11.2026 00:37 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu Avropanın da hədəf olduğunu və İsrailin Qərb sivilizasiyasını qorumaq uğrunda mübarizə apardığını bildirib.

TodayPress TV xəbər verir ki, Netanyahu Avropanın təhlükəsizlik təhdidlərinə qarşı kifayət qədər qətiyyətli davranmadığını vurğulayıb.

O, Avropada bəzi hökumət və liderləri İsraildən üz döndərməkdə, terrorizmlə mübarizə aparmaq əvəzinə İsraili qınamaqda ittiham edib.

Baş nazir Çexiyanın mövqeyini isə yüksək qiymətləndirib və bunu mənəvi cəsarət nümunəsi adlandırıb.

Netanyahu həmçinin Avropanı demokratiyaların təhlükə qarşısında sanki yuxuya getməsi ilə bağlı Uinston Çörçillin ifadəsini xatırladaraq xəbərdar edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 NOYABR 2026
Bütün Xəbərlər