Rusiyanın Ay və Venera planlarına Afrika ölkəsi də qoşulur

Rusiyanın Ay və Venera planlarına Afrika ölkəsi də qoşulur
17.11.2026 03:42 Dünya

Uqanda Rusiya ilə birlikdə Ayı və Veneranı tədqiq etməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin elm, texnologiya və innovasiyalar naziri Aziimve Conard bildirib.

Onun sözlərinə görə, tərəflər kosmik sahədə əməkdaşlığı, o cümlədən Uqandanın Rusiyanın Ay və Veneranın tədqiqi proqramlarında iştirakını müzakirə edirlər.

Nazir qeyd edib ki, gələn ay bu proqramla bağlı Rusiya tərəfi ilə növbəti görüşü nəzərdə tutulub. Onun sözlərinə görə, indiyədək bu məsələ ilə bağlı artıq bir görüş keçirilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 NOYABR 2026
Bütün Xəbərlər