ABŞ-nin nəhəng bankları çökdü – Minlərlə müştəri hesablarına girə bilmir

ABŞ-nin nəhəng bankları çökdü – Minlərlə müştəri hesablarına girə bilmir
16.11.2026 22:59 Dünya

ABŞ-nin bir sıra iri banklarında genişmiqyaslı texniki nasazlıqlar qeydə alınıb.

TodayPress TV xəbər verir ki, “San Francisco Chronicle” nəşrinin məlumatına görə, problemlər “Bank of America”, “Wells Fargo” və “U.S. Bank” da daxil olmaqla bir neçə maliyyə qurumunun fəaliyyətinə təsir edib.

Ən çox şikayət “JPMorgan Chase” bankının müştərilərindən daxil olub. “Downdetector” xidmətinin məlumatına əsasən, bununla bağlı 6 mindən çox müraciət qeydə alınıb.

ABŞ-nin müxtəlif ştatlarında istifadəçilər mobil tətbiqlərə və şəxsi kabinetlərə daxil ola bilmədiklərini, hesab məlumatlarının düzgün əks olunmadığını, həmçinin pul köçürmələri və bankomatlardan istifadə zamanı problemlərlə üzləşdiklərini bildiriblər.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 NOYABR 2026
Bütün Xəbərlər