Yernur Aitkenov: “Qazaxıstan Azərbaycanla həqiqi dostluğa əhəmiyyət verir”
Cəmiyyət
24.12.2025 11:16
“Qazaxıstanda Azərbaycanın vətəndaşların rifahının yüksəldilməsinə və ardıcıl inkişafa yönəlmiş genişmiqyaslı islahatları böyük diqqət və maraqla izlənilir”.
TodayPress TV xəbər verir ki, bunu Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aitkenov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Qazaxıstan müstəqilliyin ilk illərindən etibarən Azərbaycanla həqiqi dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafına prioritet əhəmiyyət verib. Onun sözlərinə görə, bu siyasi kurs bu gün də öz aktuallığını qoruyur və qarşılıqlı faydalı əməkdaşlığın konkret nəticələri ilə təsdiqlənir.
Forumun mövzusuna toxunan Yernur Aitkenov qeyd edib ki, bu gün Qazaxıstan vicdan azadlığının təmin olunduğu, dinlərarası razılaşmanın ictimai sülhün və milli birliyin əsasını təşkil etdiyi polietnik və çoxkonfessiyalı dövlətdir. O vurğulayıb ki, dövlətin dünyəvi quruluşu Qazaxıstan xalqının mühüm tarixi nailiyyətlərindən biridir.
Senat üzvü bildirib ki, Qazaxıstanda dini azadlığın inkişafı zəngin mənəvi irsə, dinlərarası dialoq və qarşılıqlı hörmətin çoxəsrlik ənənələrinə əsaslanan özünəməxsus yolla həyata keçirilir. Məhz bu prinsiplər əsasında ölkə beynəlxalq ictimaiyyət tərəfindən tanınan dövlət–konfessiya münasibətləri modelini formalaşdırıb.
Yernur Aitkenov xatırladıb ki, hüquqi dövlət kimi Qazaxıstan Respublikası hələ 1992-ci ildə “Vicdan azadlığı və dini birliklər haqqında” Qanunu qəbul edib və bununla da dövlətlə dini konfessiyalar arasında münasibətlərin möhkəm əsasları yaradılıb. O qeyd edib ki, sözügedən qanun 2011-ci ildə müasir reallıqlar və ictimai tələbatlar nəzərə alınmaqla yenilənib və hazırda “Dini fəaliyyət və dini birliklər haqqında” Qanun adı ilə tətbiq olunur.
O əlavə edib ki, Konstitusiya və sahə üzrə qanunvericiliyin normalarını rəhbər tutaraq, dövlət dini birliklərin muxtariyyətinə hörmətlə yanaşır, onların daxili həyatına müdaxilə etmir və qanunun tələblərinə ciddi riayət olunması şərti ilə hər bir vətəndaş üçün dünyagörüşü seçimi azadlığını təmin edir.
Qiymət Mahir
tag: Yernur Aitkenov,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,
