Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər etdi

Cəmiyyət

27.01.2026 18:32

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər edib.

TodayPress TV xəbər verir ki, Metropolitendə modernləşdirmə və strateji inkişaf, o cümlədən beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Pekin şəhərində bir sıra görüşlər keçirib.

Dünyanın aparıcı siqnalizasiya sistemləri istehsalçılarından olan CRSC (China Railway Signal & Communication) şirkəti ilə keçirilən görüşdə metro xətlərində tətbiq edilən ən son rəqəmsal işarəvermə texnologiyaları, hərəkətin təhlükəsizliyini artıran innovativ həllər və bu istiqamətdə şirkətin uğurla icra etdiyi layihələr müzakirə olunub.

Eyni zamanda, Çinin “Exim Bank” rəhbərliyi ilə layihələrin maliyyələşdirilməsi, investisiya imkanları və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bakı Metropoliteni beynəlxalq təcrübəni tətbiq edərək daha təhlükəsiz, müasir və dayanıqlı ictimai nəqliyyat sisteminin qurulması istiqamətində fəaliyyətini davam etdirir.

tag: Çin,CRSC ,AZCON Holding,Təcrübə,Todaypress.tv,