Turist Şahdağdan Qəbələyə getmək üçün xəritəyə baxdı və şoka düşdü

Turist Şahdağdan Qəbələyə getmək üçün xəritəyə baxdı və şoka düşdü
17.07.2026 15:05 Cəmiyyət

Şahdağ Turizm Kompleksindən Qəbələyə səfər etməyi planlaşdıran turist marşrutu araşdırarkən xəritədə gözləmədiyi mənzərə ilə qarşılaşıb.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, hər iki məşhur turizm mərkəzi arasında avtomobillər üçün birbaşa yolun olmaması onu təəccübləndirib.

Məlumata görə, Şahdağ Turizm Kompleksi (Qusar) ilə Qəbələ arasında birbaşa avtomobil yolu və ya magistral mövcud deyil. Bunun əsas səbəbi hər iki bölgənin Böyük Qafqaz dağ silsiləsinin fərqli yamaclarında yerləşməsi və coğrafi şəraitin birbaşa keçidə imkan verməməsidir.

Qəbələyə avtomobillə getmək istəyən sürücülər əvvəlcə Şahdağdan Qusar istiqamətinə enərək Qusar–Quba–Bakı magistralı ilə hərəkət etməli, daha sonra isə Şamaxı–İsmayıllı–Qəbələ və ya Bakı–Ağsu–Kürdəmir–Qəbələ marşrutlarından istifadə etməlidirlər. Bu marşrut üzrə səfər orta hesabla 5–6 saat davam edir.

Alternativ olaraq, peşəkar dağ yürüşü ilə məşğul olanlar üçün Şahdağ Milli Parkı ərazisindən Qəbələdəki Tufandağ istiqamətinə uzanan trekking marşrutu da mövcuddur. Lakin bu keçid yalnız bələdçi müşayiəti ilə həyata keçirilir, kifayət qədər çətin hesab olunur və təxminən üç gün çəkir.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Turist Şahdağdan Qəbələyə getmək üçün xəritəyə baxdı və şoka düşdü — 1
XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər