Sumqayıtda su olmayacaq

Sumqayıtda su olmayacaq
20.08.2025 18:05 Cəmiyyət

Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq su təchizatında məhdudiyyətlər tətbiq ediləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Sumqayıt Sukanal idarəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 20-də saat 21:00-dan etibarən, 21 avqust səhər saatlarına qədər H.Z.Tağıyev qəsəbəsi (K. Kərimov küçəsi) və St Sumqayıt yaşayış massivinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Aidiyyəti qurumlar vətəndaşlardan anlayışlı olmalarını xahiş ediblər.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər