"Axar.az"ın fəaliyyətə başlamasından 13 il ötür
Axar.az xəbər saytı bu gün 13 yaşını qeyd edir.
TodayPress TV xəbər verir ki, 2013-cü il oktyabrın 19-da fəaliyyətə başlayan sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələri işıqlandırır.
Axar.az Azərbaycan, ingilis, rus və fars dillərində fəaliyyət göstərir. Sayt, həmçinin ərəb əlifbası ilə Azərbaycan dilində yayımlanan yeganə yerli media orqanıdır.
Qeyd edək ki, Axar.az “Teleqraf” Media Qrupunun tərkibində fəaliyyət göstərir. Media qrupunun rəhbəri Aynur Camalqızı, saytın baş redaktoru isə Anar Niftəliyevdir.
TodayPress TV kollektivi Axar.az-ın əməkdaşlarını təbrik edir, onlara uğur arzulayır.