Şöbə müdiri: Hər beş uşaqdan biri risk altındadır

Cəmiyyət

18.12.2025 11:19

"Hər beş uşaqdan biri risk altındadır" .

TodayPress TV xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu riskləri gətirən əsas amillər müasir dövrdə texnologiyanın inkişafı ilə bağlıdır.

"Beynəlxalq təcrübə və statistikaya əsasən, dünyada hər beş uşaqdan biri zərərli informasiyanın təsirinə məruz qalır. Bu riskin televiziya vasitəsilə və ya sosial media üzərindən olmasının fərqi yoxdur, yetkinlik yaşına çatmayan uşaqlar gündəlik olaraq bu təhlükə ilə üz-üzədirlər".

Şöbə müdiri əlavə edib ki, bu texnoloji inkişaflar bir tərəfdən xidmətləri asanlaşdırır və müsbət imkanlar yaradırsa, digər tərəfdən müəyyən mənfi tendensiyaları da ortaya çıxarır:

"Buna nümunə olaraq son illərdə geniş yayılmış “Mavi balina” kimi təhlükəli oyunları və uşaqlar arasında artan intihar hallarını göstərmək olar. Xüsusilə yetkinlik yaşına çatmayanlar bu cür təsirlərə daha həssasdırlar. Məhz buna görə də qanunvericilikdə televiziya proqramları, verilişlər və video materiallar üçün yaş kateqoriyaları müəyyən edilib".

Türkan İsgəndərli

TodayPress TV

tag: Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.tv,