Şimal-qərb bölgəsinə qar yağdı, qalınlıq 15 sm-ə çatdı

Şimal-qərb bölgəsinə qar yağdı, qalınlıq 15 sm-ə çatdı
28.02.2026 09:45 Cəmiyyət

Ölkənin şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib və bir sıra rayonlara qar yağıb.

TodayPress TV xəbər verir ki, ötən gün axşam saatlarından etibarən bölgədə hava temperaturu bəzi ərazilərdə +1 dərəcəyə, bəzi yerlərdə isə -1 və daha aşağı həddə enib. Axşam saatlarında yağan yağış gecə saatlarından qara çevrilib.

Hazırda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında qar yağışı davam edir. Düzənlik ərazilərdə qar örtüyünün qalınlığı 3 sm, dağətəyi ərazilərdə isə 15 sm-dən artıqdır.

Rayonlardan daxil olan məlumata əsasən, yağıntı sosial problemlərə səbəb olmayıb. Yaşayış məntəqələrinə elektrik enerjisi və təbii qazın verilməsində fasilə qeydə alınmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər