Sabahın hava proqnozu açıqlandı
Noyabrın 12-də ölkə ərazisində əsasən yağmursuz hava gözlənilir.
TodayPress TV xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək.
Axşam cənub-qərb küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 11–14, gündüz 17–20 dərəcə isti olacaq.
Rayonlarda da əsasən yağmursuz hava proqnozlaşdırılır, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Temperatur gecə 8–12, gündüz 17–21, dağlıq ərazilərdə isə gecə 3–7, gündüz 8–13 dərəcə isti təşkil edəcək.