Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq
29.07.2026 17:47 Cəmiyyət

İyulun 30-da Abşeron rayonunun bir hissəsində qaz kəsiləcək.

Bu barədə TodayPress TV-yə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 08:00-dan işlər yekunlaşanadək Xırdalan şəhərinin bir hissəsinin, Atyalı, Qobu, Hökməli, Pirəküşkül, Müşfiqabad, 28 May, Saray və Ceyranbatan qəsəbələrinin, Daş Güzdək, Aşağı Güzdək, Çaylı və Qobustan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər