Rəşad Məcid media orqanlarına ÇAĞIRIŞ ETDİ: "Bəziləri gündəmi dəyişməyə çalışır"

Rəşad Məcid media orqanlarına ÇAĞIRIŞ ETDİ: "Bəziləri gündəmi dəyişməyə çalışır"
11.08.2025 13:40 Cəmiyyət

“Report” İnformasiya Agentliyinin müxbiri Vüsalə Abbasovanın ABŞ Prezidenti Donald Trampa sualı ətrafında yaranan söz-söhbətlər üzücüdür".

TodayPress TV xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bunu öz "Facebook" hesabında yazıb.

O, hesab edir ki, bu günlərdə baş verən hadisələrin, Vaşinqtonda paytaxtında imzalanan və Azərbaycan adına böyük uğur olan sənədlərin fonunda belə bir durumun müşahidə edilməsi yolverilməzdir, tarixi proseslərin böyüklük miqyasına adekvat deyil:

"Görünür, bəziləri Vaşinqtonda imzalanmış sənədlər ətrafında müzakirə aparmaqdansa, ölkəmizin böyük uğurundan söz açmaqdansa, diqqəti tamam başqa səmtə yönəltməyə, əslində isə ictimaiyyəti başlıca mahiyyətdən uzaq tutmağa, gündəmi dəyişməyə, daha doğrusu, fərqli gündəm formalaşdırmağa çalışırlar. 

Azərbaycan Mətbuat Şurası olaraq tövsiyə edirik ki, media orqanlarımız, jurnalistlərimiz həmin hadisələr müstəvisindəki hansısa xırda məsələlərə köklənib intriqa yaratmaqdan çəkinsinlər, ölkəmizin adı ilə bağlı ciddi reallıqlara nəzər salsınlar. Hesab edirəm ki, indiki məqamda bu, təkcə peşə borcunu yerinə yetirmək yox, eyni zamanda, hər bir qələm sahibinin özünün özünə verdiyi qiymətdir".

R.Məcid Azərbaycan jurnalistikasında həmişə həmkar təəssübkeşliyi olduğunu bildirib:

"Gəlin, bir-birimizə təəssüb hissi ilə yanaşaq ki, sonradan təəssüflənməyək".

Qiymət Mahir

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 Bütün Xəbərlər