Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib

Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib
30.09.2025 14:38 Cəmiyyət

Milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü, habelə 1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə sentyabrın 30-da Baş Prokurorluq, Hərbi Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, prokurorluğun veteranları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, nazirliyin əməkdaşları, Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, eləcə də könüllülərin iştirakı ilə növbəti ağacəkmə kampaniyası keçirib.

TodayPress TV xəbər verir ki, tədbir çərçivəsində Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikasında torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 1500-dən çox zeytun və eldar şamı ağacları əkilib.

Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla səmimi söhbət edib.

TodayPress TV

FOTOLAR

Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib — 1
Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib — 2
Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib — 3
Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib — 4
Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib — 5
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər