Pediatrik onkologiya Xidmətlər Zərfinə daxil edilir

Pediatrik onkologiya Xidmətlər Zərfinə daxil edilir
27.01.2026 12:37 Cəmiyyət

"Uşaqlar arasında onkoloji xəstəliklərin müalicəsinin əlçatanlığının artırılması Agentliyin prioritetlərindən biridir".

Bu barədə TodayPress TV-yə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, keçən ilin sonundan etibarən bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə işçi qrupu yaradılıb. Bu il pediatrik onkoloji xidmətlərin icbari tibbi sığorta təminatına alınması ilə bağlı hazırlıq işləri davam edir.

Planlara əsasən, 2027-ci ildən pediatrik onkoloji xidmətlərin icbari tibbi sığorta hesabına kompleks tətbiqinə başlanılsın. Bu mərhələ bitdikdən sonra isə digər yaş qrupundakı onkoloji xəstələr üçün tibbi xidmətlərin təminatına keçid ediləcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər