Ordubadın 3 kəndində işıq olmayacaq

Ordubadın 3 kəndində işıq olmayacaq
22.01.2026 20:40 Cəmiyyət

Yanvarın 23-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

RETSİ-dən TodayPress TV-yə bildirilib ki, “Düylün” 35/10 kV-luq yarımstansiyadan çıxan “Aza” 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq. İşlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 12-dən 15-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər