Nazir müavini: "Süni intellekt saxta məlumatları artırır"

Cəmiyyət

01.05.2026 10:44

“Bu gün ictimai proseslərin böyük hissəsi rəqəmsal mühitdə başlayır”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumda deyib.  

O bildirib ki, rəqəmsal inkişaf medianın fəaliyyətinə yeni imkanlar açır:

“İnformasiyanın toplanması və yayılması daha da sürətlənib. Rəqəmsal mühit media ilə auditoriya arasındakı əlaqəni gücləndirir. Oxucu artıq prosesin iştirakçısına çevrilir. Bunun fonunda ölkəmizdə rəqəmsal inkişafda yeni mərhələ başlayıb. Azərbaycanda rəqəmsallaşmanın inkişafı üçün 2026–2028-ci illər üzrə istiqamət planı tərtib edilib. Rəqəmsal transformasiya vahid sistem kimi qurulacaq”.

Nazir müavini süni intellektin imkanlarının məzmunun yaradılmasını asanlaşdırdığını da deyib:

“Bu, saxta məlumatların artmasına səbəb olur. Belə mühitdə şəffaf informasiya mühiti qurulmalıdır. Bu baxımdan medianı əsas tərəfdaş kimi görürük”.

Qiymət Mahir

TodayPress TV

tag: Saməddin Əsədov,RİİN,Müavin,Süni intellekt,Todaypress.tv,