Naxçıvan-Bakı avtobus reyslərinin sayı 6-ya çatdırıldı

Naxçıvan-Bakı avtobus reyslərinin sayı 6-ya çatdırıldı
30.08.2025 16:30 Cəmiyyət

Naxçıvan-Bakı marşrutu üzrə avtobus reyslərinin sayı artırılıb

TodayPress TV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişin sıxlığını nəzərə alaraq Naxçıvan-Bakı-Naxçıvan müntəzəm avtobus reyslərinin sayını yenidən artırıb.

Hazırda marşrutun hərəkət qrafikinə əlavə olunan yeni reyslə ümumi reyslərin sayı 5-dən 6-ya çatdırılıb.

Bildirilib ki, vətəndaşlar əlavə olunmuş reyslər barədə ətraflı məlumatı Naxçıvan ərazisində fəaliyyət göstərən avtovağzallardan, eləcə də onlayn şəkildə "biletim.az" platforması vasitəsilə əldə edə bilərlər.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər