Media artıq tək tərəfli deyil: Auditoriya prosesə qoşulub
Cəmiyyət
01.05.2026 15:52
“Son illərdə mediada interaktivlik əhəmiyyətli dərəcədə artıb”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” adlı panel sessiyada deyib.
Onun sözlərinə görə, əvvəllər media yalnız bir istiqamətdə ötürülürdüsə, indi cəmiyyət mediada aktiv rol oynayır:
“Bu mühitdə ənənəvi media özünə yeni mövqe və çıxış yolu tapmalı, eyni zamanda öz meyar və dəyərlərini qoruyub saxlamalıdır. Burada sosial medianın roluna da toxunmaq istərdim. Sosial medianın həm müsbət, həm də mənfi tərəfləri var. Son hesablamalara görə, informasiyanın təxminən 70 faizi sosial media vasitəsilə istehlak olunur”.
Aparat rəhbəri süni intellektin də media sahəsinə təsirsiz ötüşmədiyini bildirib. Lakin o, əlavə edib ki, bu, rəqəmsal transformasiyanın bir hissəsidir və onunla işləməyi bacarmalıyıq.
Qiymət Mahir
tag: Fazil Novruzov,aparat rəhbəri,Audiovizual Şura,Sessiya,Todaypress.tv,
