İlham İsmayıl xəstəxanadan evə buraxıldı
Mədəsində yaranan problem səbəbi ilə əməliyyat olunan təhükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl xəstəxanadan evə buraxılıb.
TodayPress TV xəbər verir ki, bu barədə İ.İsmayıl özü məlumat verib.
O, hazırda əməliyyat səbəbindən səhhətində zəifləmə olsa da, bunun yaxın zamanda aradan qalxacağını bildirib:
"Əməliyyata görə bir az zəifləmişəm, halsızlıq var səhhətimdə. O da düşünürəm ki, yaxın günlərdə qaydasına düşəcək. Bu gündən artıq xəstəxanadan evə buraxılmışam".