Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - VİDEO

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - VİDEO
29.07.2026 12:11 Cəmiyyət

İraqın yeni Baş naziri Əli Zeydi dünən nümayəndə heyəti ilə Türkiyəyə səfər edib. Səfər çərçivəsində Türkiyə ilə İraq arasında 5 müqavilə imzalanıb. Müqavilələrdən biri də “İnkişaf” (Qalxınma) yolu” layihəsi ilə bağlı idi.

TodayPress TV xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

“Maraqlıdır ki, Bağdaddan Ankaraya gələn İraqın nəqliyyat naziri Vehb Salman əl-Həsəni əvvəl müqaviləni imzalamaqdan imtina edib. Son anda qarşısına 5 yox, 4 müqavilə mətni gətirilən Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan durumun fərqinə varıb və “Bir yalnışlıq olmasın? 5 müqavilə yox idimi?” - deyə soruşub. Ərdoğanın bu sualından sonra İraqın Baş naziri Zeydi dövriyyəyə girib və rəsmi imzalama tədbirində öz nümayəndə heyəti ilə qısa müzakirədən sonra nazirini sənədə imza atmağa məcbur edib.

Təəccüblənirsinizmi? Təəccüblənməyin. İranın diktəsi altında fəaliyyət göstərən İraq hökuməti öz ölkələrindən çox, ağalarının maraqlarını düşünür. Məhz bu asılılıq səbəbindən İraqda it yiyəsini tanımır. 2003-cü ildə İraq ABŞ tərəfindən işğal olunduqdan sonra bu ölkədə düz-əməlli hökumət belə qurulmayıb. İraq Baş nazirinin hüquq məsələləri üzrə müşaviri Munir Həddad rəsmi xəbər agentliyi İNA-ya verdiyi açıqlamada bildirib ki, bu 23 il ərzində İrana bağlı nazirlərin korrupsiyası sayəsində dövlət büdcəsindən ən azı 2 trilyon dollar oğurlanıb. Təsəvvür edin ki, hazırda İraq hökuməti dövlət məmurlarının maaşlarını verməyə belə pul tapa bilmir. İranın proksi-nazirlərinin acgözlüyü nəticəsində dünyanın ən zəngin neft və qaz ölkələrindən olan İraqda benzin tapılmır, elektiriklər gündə 14 saatlıq fasilələrlə verilir. Ölkənin inkişafına xidmət etməsi üçün qonşu dövlətlərin hazırladığı layihələrə isə İraq nazirləri qol çəkmək istəmirlər. Çünki Tehrandan “imzala” əmri almayıblar.

Yeri gəlmişkən, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, İraqda təxminən 145-150 milyard barrel sübut edilmiş neft ehtiyatı var və bu, dünyada beşinci yerdə qərarlaşmaq anlamına gəlir. Bu miqdar qlobal neft ehtiyatlarının təxminən 8-9 faizini təşkil edir”, - politoloq əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər