Əli Orucov: “Kimlə qonşu olduğumuzu unutmamalıyıq”

Əli Orucov: “Kimlə qonşu olduğumuzu unutmamalıyıq”
26.02.2026 15:53 Cəmiyyət

“Azərbaycan kimlə qonşu olduğunu unutmamalıdır”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov Xocalı soyqırımının 34-cü ildönümündə “Ana harayı” abidəsini ziyarət edərkən deyib.

“Biz yalnız ziyarətlə kifayətlənməməli, bu həqiqətləri gələcək nəsillərə çatdırmalıyıq. Erməni vəhşiliyinin nə olduğunu dünyaya göstərməliyik. Doğrudur, bu gün sülh sazişi ilə bağlı müəyyən razılaşmalar var, normallaşma prosesi gedir. Lakin paralel olaraq kimlə qonşu olduğumuzu da unutmamalıyıq. Xocalı bəşəri cinayətdir, tayı-bərabəri yoxdur. Dinc insanların qətlə yetirilməsinin heç bir adı, heç bir bəraəti ola bilməz. Bizə təsəlli verən məqamlardan biri odur ki, bu cinayətlərdə əli olanların bir qismi barədə artıq hüquqi ölçü götürülüb, azadlıqdan məhrumetmə ilə bağlı qərarlar verilib. Amma yenə də hesab edirəm ki, gələcəyə baxarkən keçmişi unutmamalıyıq. Allah şəhidlərimizə rəhmət eləsin!”, - deyə o əlavə edib.  

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər