Əhmədlidə baş verən torpaq sürüşməsində xəsarət alan olub? - RƏSMİ

Əhmədlidə baş verən torpaq sürüşməsində xəsarət alan olub? - RƏSMİ
12.11.2025 15:12 Cəmiyyət

12.11.2025-ci il tarixində gecə saatlarında Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində baş verən torpaq sürüşməsi nəticəsində torpaq qatı Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 9 nömrəli Uşaq Poliklinikasının inzibati binasının arxa hissəsində yerləşən yola sıçrayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, həmçinin tibb müəssisəsinin inzibati binasına ziyan dəyməyib. 

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, tibb müəssisəsinin fəaliyyəti hazırda əvvəlki qaydada davam etdirilir.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər