DSX-nin Xüsusi Məktəbində “Son zəng” tədbiri keçirildi

DSX-nin Xüsusi Məktəbində “Son zəng” tədbiri keçirildi
13.06.2025 12:02 Cəmiyyət

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində 2024-2025-ci tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib.

Bu barədə TodayPress TV-yə DSX-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə Xüsusi Məktəbin pedaqoji heyəti, kursantlar və valideynlər iştirak etmişlər.

Çıxış edənlər Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan, yüksək bilik və peşəkarlığa malik, vətənə, xalqa və Müzəffər Ali Baş Komandana sadiq sərhədçi kadrların yetişdirilməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Bildirilib ki, burada təhsil alan kursantlar təkcə nəzəri biliklərlə deyil, həm də müasir texnologiyalara əsaslanan təlimlərlə silahlanaraq gələcəyin sərhədçi zabitləri kimi formalaşırlar. Onların ali hərbi təhsilə hazırlanması, vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunması Xüsusi Məktəbin əsas fəaliyyət istiqamətlərindəndir.

Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-2025-ci ilin yekunlarına dair keçirilmiş imtahanlarda Xüsusi Məktəbin 11-ci siniflər arasında 3 kursantı, 9-cu siniflər arasında 15 kursantı fərqlənmə attestatına layiq görülüb, 11-ci siniflər arasında 21 kursantı, 9-cu siniflər arasında 45 kursantı 200-dən yuxarı bal toplayıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırıldıqdan sonra Xüsusi Məktəbi bitirən kursantlara döş nişanları təqdim olunub, məzunların xatirəsini əks etdirən adlı siyahı “Məzun simvolu” olan nar ağacına sancılıb.

FOTOLAR

DSX-nin Xüsusi Məktəbində “Son zəng” tədbiri keçirildi — 1
DSX-nin Xüsusi Məktəbində “Son zəng” tədbiri keçirildi — 2
DSX-nin Xüsusi Məktəbində “Son zəng” tədbiri keçirildi — 3
DSX-nin Xüsusi Məktəbində “Son zəng” tədbiri keçirildi — 4
DSX-nin Xüsusi Məktəbində “Son zəng” tədbiri keçirildi — 5
DSX-nin Xüsusi Məktəbində “Son zəng” tədbiri keçirildi — 6
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 Bütün Xəbərlər