Buzovnada işıq olmayacaq

Buzovnada işıq olmayacaq
13.06.2025 09:38 Cəmiyyət

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. 

Bu barədə TodayPress TV-yə “Azərişıq” ASC-dən məlumat verilib. 

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin yenilənməsi ilə əlaqədar iyunun 13-də elektrik xətləri sifarişə əsasən açılacaq. 

Saat 10:00-dan saat 15:00-dək Buzovna qəsəbəsi Ruhulla Axundov və Heydər Eyvazov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər