Böyük Britaniyanın səfiri “Qarabağ”ın oyununu canlı izləyəcək
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld UEFA Çempionlar Liqasının liqa mərhələsinin sonuncu – VIII turunda keçiriləcək “Liverpul” – “Qarabağ” oyununu stadiondan canlı izləyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə AZƏRTAC-a səfir özü məlumat verib.
O, “Enfild” stadionundakı görüşü izləyəcəyi üçün həyəcanlı olduğunu bildirib.
Qeyd edək ki, yanvarın 28-dən 29-na keçən gecə oynanılacaq “Liverpul” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.