Bəzi müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
24-25 iyul tarixlərində 126 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi üzrə yerləşən dəmir yolu keçidində (Puta-Abşeron mənzilinin tək yolu) aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bu barədə TodayPress TV-yə AYNA-dan məlumat verilib
Məhdudiyyət səbəbindən 126 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Şonqar qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi – “Sədərək” ticarət mərkəzi, 554 nömrəli marşrutun hərəkəti isə Güzdək qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi – Lökbatan qəsəbəsi istiqamətləri üzrə təşkil olunacaq.