BDYPİ hərəkət iştirakçılarına çağırış etdi

BDYPİ hərəkət iştirakçılarına çağırış etdi
10.11.2025 12:01 Cəmiyyət

Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə qeyd olunan ardıcıl istirahət günlərində ölkənin müxtəlif istiqamətlərində nəqliyyat axını və hərəkət intensivliyi artıb.

TodayPress TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Qeyd edilib ki, BDYP sürücüləri və piyadaları diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır:

"Sürücülərə uzun səfərlərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları, yorğun və yuxusuz halda sükan arxasına əyləşməmələri tövsiyə olunur. Bayram günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərdən isə reysqabağı nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq və sürət həddinə əməl etmək tələb olunur. Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını yollarda təhlükəsizliyi birgə qorumağa çağırır".

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər