Bakı–Naxçıvan istiqamətində alternativ uçuşlar təşkil olunub
Cəmiyyət
06.03.2026 11:10
İranın martın 5-də Naxçıvan aeroportuna dron hücumundan sonra mövcud vəziyyət nəzərə alınaraq, Bakı ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ marşrut üzrə uçuşlar təşkil edilib.
Bu barədə AZAL-dan TodayPress TV-yə məlumat verilib.
Bildirilib ki, 6 mart 2026-cı il tarixində sərnişinlərin daşınması üçün Bakı–İğdır–Bakı marşrutu üzrə bir neçə reys həyata keçiriləcək.
Cədvələ əsasən, təyyarələr Bakıdan 16:30, 17:30, 18:30 və 19:30-da qalxaraq İğdıra enəcək. Sərnişinlər daha sonra xüsusi avtobuslarla İğdır aeroportundan Naxçıvana yola düşəcəklər.
Eyni zamanda, Naxçıvandan İğdıra avtobus reysləri təşkil ediləcək və sərnişinlər oradan təyyarə ilə Bakıya qayıda biləcəklər.
“Sərnişinlərdən uçuşdan ən azı 1 saat 30 dəqiqə əvvəl hava limanına gəlmələri, həmçinin üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqəsi olması xahiş olunur”, – məlumatda deyilir.
Xatırladaq ki, yaranmış vəziyyətlə əlaqədar olaraq 5 mart 2026-cı il tarixində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə planlaşdırılan bütün reyslər ləğv edilmişdi.
Jalə Rövşən
tag: Naxçıvan,Bakı,AZAL,Uçuş,Reys,Todaypress.tv,
