Bakı Limanında konteyner dövriyyəsinin 260 minə çatdırılması planlaşdırılır

Cəmiyyət

18.12.2025 12:22

“Bakı Limanı ilə “Azərbaycan Dəmir Yolları”nın birləşməsindən sonra yükaşırma potensialı əhəmiyyətli dərəcədə artıb”.

TodayPress TV xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, iki qurumun birləşməsi nəticəsində Bakı Limanının potensial yükaşırma qabiliyyəti konteyner ekvivalentində hazırda təxminən 150 min olaraq qiymətləndirilir. Direktor qeyd edib ki, müasir dövrdə əsas yükdaşımalar məhz konteynerləşdirmə üzərindən həyata keçirilir və Azərbaycan hökuməti də bu istiqamətdə fəal və ardıcıl siyasət yürüdür.

O vurğulayıb ki, aparılan sistemli işlər nəticəsində yaxın illərdə Bakı Limanının illik konteyner dövriyyəsinin 260 minə çatdırılması planlaşdırılır.

Qiymət Mahir

TodayPress TV

tag: Eldar Salahov,Bakı,Liman,Daşıma,Todaypress.tv,

photo
photo